s%C9%99rgi

Noyabrın 6-da İrəvanda Ermənistan və Türkiyədən olan rəssamları bir araya gətirən “NORARALIK” adlı sərgi açılıb .

Globalinfo.az xəbər verir ki, ərginin adı ermənicə “nor” və türkcə “aralık”  sözlərinin birləşməsindən yaranıb.

Bu, iki dil, mədəniyyət və cəmiyyət arasında yeni əlaqələr yaratmaq ideyasını simvolizə edir. Sərgi iki xalq arasındakı münasibətləri, tarixi yaddaşı və incəsənət vasitəsilə dialoq imkanlarını əks etdirir.

Sərgidə təqdim olunan əsərlər Ermənistan və Türkiyə arasındakı münasibətlərə toxunur, tarixi yaddaş, mədəni fərqlər, qarşılıqlı anlaşma və birgəyaşayış məsələlərini araşdırır. Rəssamlar müxtəlif bədii vasitələrlə iki cəmiyyət arasında yeni əlaqələrin qurulması imkanlarını təqdim etməyə çalışırlar.

“NORARALIK” Nihat Özdalın koordinasiyası və Aşot Ovannisyan adına Humanitar Tədqiqatlar İnstitutu ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Təşəbbüs Avropa Birliyinin dəstəyi, Hrant Dink Fondunun Ermənistan-Türkiyə Səyahət Fondu və Diyarbəkir Ticarət və Sənaye Palatasının iştirakı ilə həyata keçirilib.

Paylaş: