Binanın yuxarı mərtəbələrində yaşayan insanlar aşağı mərtəbələrdə yaşayanlara nisbətən daha tez qocaldığı iddia edilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Aslında bilim” kanalı maraqlı məlumat paylaşıb.
Bildirilir ki, məşhur fizik Albert Enşteynin fikrincə, yerin cazibə qüvvəsi zamanı yavaşladır. Yerə nə qədər yaxın olursansa, saat o qədər yavaş işləyir.
2010-cu ildə elm adamları iki atom saatından birini sadəcə 33 santimetr yuxarı qaldırıblar. Beləliklə, yuxarıdakı saatın aşağıdakından daha sürətlə işlədiyi müşahidə edilib.
Ətraflı videoda:
Əliyar Xəlil
Globalinfo.az