756076097180282

ABŞ-ın sabiq prezidenti Co Baydenin oğlu Hunter Bayden Donald Trampı Vyetnam müharibəsi ilə bağlı açıqlamasına görə sərt tənqid edib.

Globalinfo.az -ın xəbərinə görə, Hunter Bayden bildirib ki, Tramp Vyetnam müharibəsini cəmi bir gün ərzində başa çatdıra biləcəyini iddia edib.

Ancaq belə bir açıqlama verən şəxsin nüvə silahından istifadə ilə bağlı qərarvermə səlahiyyətlərinə malik olması ciddi narahatlıq doğurur.

“Bu, Vyetnam müharibəsini bir günə necə başa çatdıracağı ilə bağlı onun fikridir. Bu adamın nüvə kodlarına çıxışı var. Düşünürəm ki, o, hazırda Vyetnamın xəritədə harada yerləşdiyini belə göstərə bilməz. Bunu tamamilə ciddi deyirəm”, –  Hunter Bayden bildirib.

O, eyni zamanda, Trampı ağılsız hesab etmədiyini vurğulayıb. Hunter Baydenin fikrincə, ABŞ prezidenti tarixlə maraqlanmır və diqqətini yalnız özünə yönəldir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: