yerevan irevan ermenistan

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dondurub və təşkilatın fəaliyyətində iştirakını bərpa etmək üçün imkan görmür.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan noyabrın 5-də parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

    “Biz təşkilatdakı fəaliyyətimizi çoxdan dondurmuşuq, lakin onun fəaliyyətinə mane olmuruq. Eyni zamanda, KTMT çərçivəsində fəaliyyətə qayıtmaq perspektivi görmürük”, – Mirzoyan qeyd edib.

    Mirzoyan, həmçinin, KTMT Nizamnaməsində üzv ölkənin təşkilatın fəaliyyətindən kənarlaşdırılması mexanizminin olmadığını xatırladıb.

    Paylaş: