images 2026 11 05T162101.477

Rusiyada qətlə yetirilmiş siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsova ilə bağlı məhkəmə prosesi çərçivəsində dövlət ittihamçısı onun qiyabi olaraq 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Globalinfo.az xəbər verir ki, işə Moskvanın Zamoskvoretski Məhkəməsində baxılır.

Janna Nemtsova arzuolunmaz təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham olunur. Dövlət ittihamı onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini tələb edib.

Xatırladaq ki, Rusiyada xarici agent kimi tanınan Janna Nemtsova jurnalist və ictimai xadimdir. O, 2015-ci ildə atası Boris Nemtsovun adını daşıyan “Azadlıq uğrunda” fondunu təsis edib.

2026-cı ilin iyulunda Nemtsova barəsində arzuolunmaz təşkilatın fəaliyyətinin təşkili ilə bağlı cinayət işi üzrə qiyabi həbs qərarı çıxarılıb. Rusiya hakimiyyəti onu beynəlxalq axtarışa da verib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: