Bakı Metropolitenində qatarlararası hərəkət intervallarının azaldılması planlaşdırılır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov AzTV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, metroda uzun illərdir istifadə olunan siqnalizasiya sisteminin 2030-cu ilin sonunadək CBTC (Communication-Based Train Control) – rabitə əsaslı müasir qatar idarəetmə texnologiyası ilə əvəzlənməsi nəzərdə tutulur.
Yeni sistemin tətbiqi qatarlararası intervalların qısaldılmasına və qatarların hərəkətinin daha dəqiq idarə olunmasına imkan verəcək.
Bəxtiyar Məmmədov qeyd edib ki, bu yenilik xüsusilə səhər və axşam saatlarında sərnişin sıxlığının artdığı Bakı metrosunda hərəkətin səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
