“İstəyirəm ki, birdəfəlik bəyan edək: KTMT ilə bağlı maraqlarımız tükənib, artıq onlarla bağlı heç bir marağımız yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT baş katibinin Ermənistanın təşkilatdan çıxarılması məsələsinin müzakirə olunmayacağı, lakin ölkəyə qarşı nizamnamənin 25-ci maddəsinin tətbiqinin mümkün olduğu barədə bəyanatına münasibət bildirərkən deyib.
Həmin maddəyə əsasən, ölkə üzvlük haqları üzrə yaranmış borcunu ödəyənədək KTMT-də kvota əsasında vəzifələrə öz namizədlərini irəli sürmək hüququndan, eləcə də səsvermə hüququndan məhrum edilə bilər.
Əliyar Xəlil
Globalinfo.az