“Fənərbağça”nın keçmiş prezidenti, iş adamı Sadəddin Saran və xəbər aparıcısı Ela Rümeysa Cebeci barəsində narkotik işi üzrə məhkəmə qərarı açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, məhkəmə hər iki şəxsin narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlarda təqsirinin olmadığı qənaətinə gəlib və onların barəsində bəraət hökmü çıxarıb.
Qeyd edək ki, prokuror Sadəddin Saran və Ela Rümeysa Cebeci üçün 10 ildən az olmayan həbs cəzası tələb etmişdi.
Əliyar Xəlil,