ABŞ seçkilərində Demokratlar tam üstünlük qazanıb. Xalq arasında Respublikaçıların nüfuzu və rəsmi gücü isə getdikcə zəifləyir.
Respublikaçıların bu seçkilərdə aşağı nəticə göstərməsinə səbəb nədir? Yeni vəziyyət ABŞ-da xarici siyasətlə bağlı qərar vermə prosesinə necə təsir göstərəcək?
Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Resublikaçıların məğlubiyyətinin əsas səbəbi amerikalı seçicilərin sosial problemləridir:
“Xüsusilə son dövlər yaşayış xərclərinin artması, yanacaq qiymətlərinin yüksəlməsi və s. Bu, İrana qarşı müharibədən sonra kəskin vəziyyət aldı. Amerikalılar demokratların Ukraynaya yardımını qəbul etmirdilər, bu məsələdə Prezident Donald Trampa dəstək verdilər, lakin İran müharibəsi respublikaçıların əleyhinə çevrildi. Bu təsdiq edir ki, Amerika xalqı öncə öz sosial-iqtisadi maraqlarını düşünür və bunu normal hesab etmək olar. Trampın “Öncə Amerika” strategiyası buna görə ictimai dəstək qazanmışdı. Amma İrana qarşı bahalı müharibə və amerikalı seçicinin bunu birbaşa gündəlik həyatında hiss etməsi son seçkidə nəticəsini verdi.

Asif Nərimanlı
Demokratların Konqres və Nümayəndələr palatasına hakim olması Trampın xarici siyasətini ciddi sınaqla üz-üzə qoyacaq. Tramp prezident kimi xarici siyasətdə qərarverici amil olaraq qalır, amma hərbi xərclər, eləcə də bir sıra mühüm qərarların Konqresdə qəbul edilməsi reallığı onun manevr imkanlarını məhdudlaşdıracaq. Misal üçün, İran müharibəsinin davam etdirilməsi çətinləşə bilər, çünki demorkatlar Tehranla danışıqlardan yanadır və Konqresdə hərbi xərclərə nəzarətlə prosesin inkişafına yön verə bilərlər. Həmçinin ABŞ-ın İsrailə dəstəyi, Qəzza məsələsindəki yanaşması dəyişə bilər ki, bu, bütövlükdə Yaxın Şərqə təsir edə biləcək amildir. Trampın Ukrayna siyasəti və ABŞ-Rusiya yaxınalaşması da sual altına düşür. Qarşıdakı iki ildə ABŞ-ın xarici siyasətində ziddiyyətlər daha açıq şəkildə yaşana bilər”.
Turan Rzayev
Globalinfo.az