ABS Iran 900x600 1

“Bu gün ABŞ-da aralıq seçkilər keçirilir. Respublikaçıların Nümayəndələr Palatasında sahib olduqları çoxluğu böyük ehtimalla itirəcəkləri gözlənilir”.

Globalinfo.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan deyib.

O qeyd edib ki, Senatda vəziyyət çox mürəkkəbdir:

“Burada səslər arasındakı fərq cəmi 1-2 səs ola bilər. Məsələn, Ayova ştatında hər iki namizədin dəstəyi 47 faiz təşkil edir. Demək olar ki, eyni mənzərə Alyaska ştatında və rəqabətin kəskin olduğu bir sıra digər ştatlarda da müşahidə edilir. Demokratların nəzarətində olan Senat və Nümayəndələr Palatası Prezident Donald Trampın işini əslində xeyli çətinləşdirəcək.

Bəs seçkilərin nəticələri İrana zərbə endirmək qərarına təsir edəcəkmi? Hesab edirəm ki, qərar artıq verilib və seçkilərin nəticələrindən asılı olaraq dəyişməyəcək. Lakin Qətərin diplomatik kanalı hələ də formal olaraq fəaliyyət göstərir və bu, müəyyən qədər ümid yaradır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: