
Yəmənin Lahic vilayətində husilərin tibb mərkəzinə raket zərbəsi endirməsi nəticəsində azı 20 mülki şəxs ölüb və ya xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə Yəmən hökumətinə bağlı “Saba” telekanalına istinadən məlumat yayıb.
Məlumata əsasən, İranın dəstəklədiyi husilər vilayətin əl-Mudariba rayonunda yerləşən Əs-Suqya Sağlamlıq Mərkəzini raket atəşinə tutublar.
Qeyd edək ki, Lahic vilayəti Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərinin şimal və qərb istiqamətlərində yerləşir. Vilayət şəhərin müdafiəsi baxımından strateji əhəmiyyətə malikdir.