WhatsApp Image 2025 06 03 at 14.49.49

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın hava məkanından keçərkən Prezident İlham Əliyevi və xalqımızı təbrik edib.

Globalinfo.az bildirir ki, bir dövlət başçısının məhz bu formada – hava məkanındakı ikən təbrik edilməsinin Ərdoğanın hakimiyyəti dövründə ilk olduğu bildirilir.

Bununla belə, Türkiyə Prezidenti daha əvvəl də Azərbaycan səmasında olarkən təyyarənin radio rabitəsindən istifadə edib. Belə ki, 2016-cı il aprelin 26-da Azərbaycandan Xorvatiyaya uçan Ərdoğan təyyarənin pilot kabinəsinə daxil olaraq radio vasitəsilə Dünya Pilotlar Günü münasibətilə pilotları təbrik edib.

Lakin həmin hadisə ilə budəfəki müraciət arasında kiçik bir fərq var: 2016-cı ildə Ərdoğan radio vasitəsilə birbaşa pilotlara müraciət etmişdisə, bu dəfə pilot onun adından Prezident İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə təbrikini çatdırıb. 

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: