Tebriz seher 231

Türkiyə Təhsil Nazirliyinin liseylər üçün hazırladığı dərslikdə İran və Çinlə bağlı mübahisəli ifadələr yer alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti məlumat yayıb.

Bildirilib ki, “Türk Dünyası Kültür Atlası” adlı kitabda Təbriz “Güney Azərbaycanın ürəyi”, Çinin Sincan-Uyğur bölgəsi isə “Şərqi Türküstan” kimi təqdim edilib.

Nəşrdə xüsusilə bu ifadələr diqqət çəkib:

“Türk dünyasına səyahətimizin sonuna doğru marşrutumuzu İrana, Güney Azərbaycanın ürəyi Təbrizə yönəldirik. Anadolu türkcəsi ilə heç bir yadlıq hiss etmədən gəzə biləcəyiniz bu bənzərsiz coğrafiyada Azərbaycan türkləri, qaşqaylar, xələclər kimi bir çox soydaşımızla görüşə bilərsiniz”.

Türkiyə mediası yazır ki, nəşrdə istifadə olunan ifadələr İran və Çinin ərazi bütövlüyü ilə bağlı müzakirələrə səbəb ola biləcək yanaşma kimi qiymətləndirilib. Materialda ABŞ və İsrailin İran və Çinin parçalanmasına yönəlmiş layihələrinin təhsil proqramına daxil edildiyi iddia olunur.

Nazirlik məsələ ilə bağlı ünvanlanan sualları cavablandırmayıb.

Qeyd edək ki, Türkiyə hər zaman İranın ərazi bütövlüyünə dəstəyini ifadə edib. Bu baxımdan nazirliyin dərsliyindəki bu yanaşma dövlət siyasəti prizmasından birmənalı qarşılanmayıb.

“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: