post serhed 242

“Ermənistanın bütün sərhədlərinə nəzarətin mərhələli şəkildə Dövlət Sərhəd Xidmətinə verilməsi nəzərdə tutulur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

Onun sözlərinə görə, bu proses tədricən həyata keçiriləcək və sərhəd xidməti qarşıdakı dövrdə institusional islahatlardan keçəcək:

“Ermənistanın bütün sərhəd perimetri üzrə nəzarət funksiyalarının müvafiq qurumda cəmləşdirilməsi planlaşdırılır”.

Qeyd edək ki, Ermənistanın Azərbaycanla sərhədinin bir hissəsində Ermənistan Silahlı Qüvvələri fəaliyyət göstərir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: