Təqaüddə olan ABŞ Dəniz Piyadaları Korpusunun zabiti Skott Ritter Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin Oleşki şəhərindəki fəaliyyəti ilə bağlı sərt ittihamlar səsləndirib.
Globalinfo.az xəbər verir ki, Ritter Ukrayna qüvvələrini bəndi partlatmaqda, pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirməkdə, şəhəri atəşə tutmaqda və yolları minalamaqda ittiham edib.
O, Ukraynanın bu addımlarına görə məsuliyyət daşımalı olduğunu vurğulayaraq, əməllərin cavabsız qalmayacağını bildirib.
Qeyd edək ki, bundan əvvəl Oleşkidən olan qaçqınlar da Ukrayna Silahlı Qüvvələrinin şəhəri mütəmadi olaraq atəşə tutduğunu iddia ediblər.
Tahir Turan
Globalinfo.az