tramp 4 900x565 1

ABŞ Prezidenti Donald Tramp qanunvericilik imkan verəcəyi təqdirdə yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Tramp ABŞ Konstitusiyasına 22-ci düzəlişdə nəzərdə tutulan prezidentlik müddətinin iki dövrlə məhdudlaşdırılması məsələsinə toxunub.

O, hazırkı prezidentlik müddətinin başa çatmasına hələ iki il qaldığını vurğulayıb. Bildirib ki, bu müddət ərzində həyata keçiriləcək çoxsaylı təşəbbüslər və görüləcək işlər var.

Qeyd edək ki, ABŞ Konstitusiyasına 22-ci düzəlişə əsasən, heç bir şəxs iki dəfədən artıq prezident seçilə bilməz. Bu məhdudiyyət Trampın üçüncü dəfə seçilməsinin qarşısında hüquqi maneə yaradır.

Tahir Turan
Globalinfo.az

Paylaş: