owl detail 620 1eae15e20730729939ad3b95e5b0509e

Şotlandiya rəsmiləri Rusiyadan qaynaqlana biləcəyi iddia edilən təhlükələrə qarşı Şetland adalarında hərbi mövcudluğun bərpa olunmasını təklif edirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, məqsəd Böyük Britaniyanın strateji obyektlərini, o cümlədən ölkənin müasir kosmodromunu mümkün təxribatlardan qorumaqdır.

Nəşr iddia edir ki, Böyük Britaniyanın ən şimal nöqtəsində yerləşən Unst adasındakı kosmodromda hazırlanan raket və peyk texnologiyaları Rusiyanın diqqət mərkəzindədir.

Liberal Demokratlar Partiyasından olan deputat Alister Karmikl hökuməti Şetland adalarının ətrafındakı sularda hərbi qüvvələrin daimi və məqsədyönlü iştirakını bərpa etməyə çağırıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: