Gürcüstanın Siqnaxi şəhərində Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın XI iclası başlayıb.
Globalinfo.az xəbər verir ki, toplantıdan əvvəl komissiyanın həmsədrləri – Azərbaycan və Gürcüstanın Baş nazirləri Əli Əsədov və İrakli Kobaxidze arasında təkbətək görüş keçirilib.
İclasda iki ölkə arasında iqtisadi-ticari əlaqələrin hazırkı vəziyyəti və genişləndirilməsi perspektivləri müzakirə olunacaq.


