“ABŞ və İran arasında münaqişə sonsuz müharibəyə çevrilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens deyib.
Onun sözlərinə görə, münaqişə artıq səkkiz aydır davam etsə də, ABŞ İranla əslində 47 ildir qarşıdurma içindədir.
“Əgər sizi daha bir sonsuz müharibə ehtimalı narahat edirsə, əmin ola bilərsiniz ki, İranla müharibə belə bir müharibəyə çevrilməyəcək. Sizə söz verirəm ki, Donald Tramp buna imkan verməyəcək”, – deyə vitse-prezident bildirib.
Qeyd edək ki, daha əvvəl mediada ABŞ və İsrailin İrana qarşı yeni hərbi əməliyyat planı hazırladığı barədə məlumat yayılıb. Bildirilib ki, danışıqlar uğursuz olarsa, əməliyyat ABŞ-da keçiriləcək aralıq seçkilərdən dərhal sonra başlaya bilər.
Əliyar Xəlil
Globalinfo.az