zelenski 23 900x600 1

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ və Rusiya arasında yaxınlaşma fonunda mümkün sülh sazişi çərçivəsində ilk dəfə Moskvaya təhlükəsizlik zəmanətləri verilməsinə razılaşdığı bildirilir.

Digər tərəfdən, son zamanlar Zelenskinin geri addım atacağı və müəyyən şərtlərlə kapitulyasiyaya razılaşacağı barədə iddiaların reallığı əks etdirmədiyi, bütün bunların Rusiyanın manipulyasiya cəhdlərinin bir hissəsi olduğu ilə bağlı məlumatlar da yayılır.

Bəs Zelenski həqiqətən çətin vəziyyətdədir və Moskvanın tələbləri ilə razılaşmağa məcbur qalır? Yoxsa yayılan xəbərlər danışıqlar ətrafında aparılan informasiya mübarizəsinin bir hissəsidir?

Globalinfo.az-a danışan “Bakı Politologiya Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov bildirib ki, hazırda danışıqlarla bağlı müsbət açıqlamalar səsləndirilir.

“Lakin nəzərə almalıyıq ki, Ukrayna prezidenti müxtəlif manevr variantlarından istifadə edir. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampla münasibətləri qoruyub saxlamaq üçün Vaşinqtonu qıcıqlandıracaq bəyanatlardan çəkinirlər. Mediada hər iki tərəfin açıqlamaları yayımlanır. Ancaq bu, hadisələrin mütləq həmin istiqamətdə inkişaf edəcəyi demək deyil.

zaur memmedov yeni 1
Zaur Məmmədov

Burada söhbət yalnız Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsindən getmir. Ukraynanın təhlükəsizliyi, Rusiyanın xarici siyasəti ilə bağlı müxtəlif tələblərin nəzərə alınıb-alınmaması, iqtisadi məsələlər, kompensasiya və dondurulmuş vəsaitlərlə bağlı məsələlər də müzakirə olunur. Bizi maraqlandıran isə danışıqların yekun nəticəsidir. Əsas məsələ tərəflərin nəticədə hansı şərtləri əldə edəcəyidir.

Bunun üçün danışıqlar hələ davam etməlidir. Son müzakirələr müsbət notlarla müşayiət olunsa da, prosesin əleyhinə olan qüvvələr də var. Zelenski isə hələlik müxtəlif manevrlər etməklə məşğuldur”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: