Uçuş xəritələri göstərir ki, İsrailin İrana zərbə endirməsi və ABŞ hərbi əməliyyatları fonunda İran, İraq, Küveyt, İsrail və Bəhreyn üzərində hava səması demək olar ki, boş qalıb.
Globalinfo.az xəbər verir ki, Körfəz regionundakı əsas hava limanlarının bağlanması Şərq-Qərb istiqamətində ən sıx tranzit nöqtəsini iflic edib.
“Uçuş heyətləri, təyyarələr və sərnişinlər dünyanın müxtəlif yerlərində ilişib qalıb. Bu, böyük bir logistika kabusudur”, – deyə bir Körfəz hava yolu mənbəsi bildirib.
Orta Şərqdəki hava limanları dünyanın ən işlək qovşaqlarından hesab olunur, İrandan İraqa və Aralıq dənizinə qədər uzanan ərazini əhatə edir və Avropa ilə Asiya arasında uçuşlar üçün əsas bağlantı rolunu oynayır.
Aysel Əliyeva
Globalinfo.az