Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş baş müşaviri Oqtay Saral vəzifəsindən ayrıldıqdan sonra sosial media profilini yeniləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Belə ki, Saral profilindəki “Türkiyə Respublikası Prezidentinin Baş müşaviri” qeydini silib. O, həmçinin Prezident Sarayının fotosunu profilinin fonundan götürərək yerinə Türkiyə bayrağının şəklini yerləşdirib.
Qeyd edək ki, Oqtay Saral Azərbaycan Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində şagird və müəllimlərin geyim qaydaları ilə bağlı qərarını tənqid etdikdən sonra vəzifəsindən istefa verib.
Safura Bənnayeva
Globalinfo.az