flr

İtaliya A Seriyasında maraqlı tarixi təsadüf yaşanıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 27-də keçirilən “Sassuolo” – “Latsio” matçında Romano Floriani Mussolini A Seriyasında ilk qolunu vurub.

O, qolu Stefano Turatinin qoruduğu qapıdan keçirib. Maraqlı məqam odur ki, düz 104 il əvvəl – 1922-ci il oktyabrın 27-də Benito Mussolininin hakimiyyətə gəlməsi ilə nəticələnən Romaya yürüşün əməliyyatları başlayıb.

Həmin dövrdə Mussolininin ən sərt siyasi rəqiblərindən biri isə sosialist Filippo Turati olub.

Qeyd edək ki, tam adı Romano Benito Floriani Mussolini olan müdafiəçi ana tərəfdən Benito Mussolininin nəticəsidir. O, siyasətlə maraqlanmadığını açıq şəkildə bildirib.

Paylaş: