abs ordu 2025 2

“ABŞ ordusunun İranda müharibə aparmaq üçün indiyədək xərclədiyi vəsait 47 milyard dolları ötüb. Bu, Pentaqonun iyul ayında açıqladığı qiymətləndirmədən 25 faizdən çoxdur”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu rəqəmlər ictimaiyyətə rəsmi şəkildə açıqlanmayıb:

“Müharibənin artan xərcləri ilə bağlı məlumat noyabrın 3-də keçiriləcək seçkilər ərəfəsində ortaya çıxıb. Həmin seçkilərdə növbəti iki il ərzində Konqresə kimin nəzarət edəcəyi müəyyənləşəcək. Respublikaçılar isə ictimaiyyət arasında populyar olmayan münaqişənin siyasi nəticələri ilə mübarizə aparırlar.

Müharibənin dünya enerji qiymətlərinə təsiri respublikaçı namizədlərə dəstəyin azalmasına səbəb olub və ABŞ Prezidenti Donald Trampın reytinqinə mənfi təsir göstərib. Trampın Respublikaçılar Partiyası Konqresin hər iki palatasında cüzi üstünlüyə malikdir”.

Bununla yanaşı, münaqişə zamanı istifadə olunan sursat ehtiyatlarının bərpası üçün 29 milyard dollardan çox vəsait tələb olunacağı proqnozlaşdırılır:

“Pentaqonun son qiymətləndirməsi ABŞ-ın müdafiə naziri Pit Heqsetin iyul ayında açıqladığı rəqəmlərlə müqayisə olunur. Həmin vaxt müharibənin dəyəri 37,5 milyard dollar olaraq qiymətləndirilmişdi. Rəqəmlərə uçuş əməliyyatlarından tutmuş kiberdəstəyə qədər müxtəlif əməliyyat xərcləri daxil olsa da, ABŞ-ın İrandakı müharibə ilə bağlı hərbi xərclərinin hesablanmasında mühüm məsələ nəzərə alınmayıb. Belə ki, İranın raket və pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində ABŞ-ın hərbi bazalarına dəyən ziyanın bərpası üçün tələb olunacaq böyük məbləğ bu hesablamalarda dəqiq əksini tapmayıb”.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: