Rusiya ABŞ-a söz versin! – Kit Kelloq

Keyt Kelloq

ABŞ danışıqlar zamanı Rusiyadan “ərazi güzəşti” və gələcəkdə Ukraynaya qarşı güc tətbiq etməmək barədə vədlər gözləyir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Münxen Təhlükəsizlik Konfransı zamanı deyib.

“Mənim fikrimcə, ərazinin güzəştə gedilməsi kimi məsələlər olmalıdır. Bu, gələcəkdə güc tətbiq etməkdən imtina da ola bilər”, – Kelloq “Rusiyadan danışıqlar zamanı nə gözləmək olar?” sualına cavab olaraq deyib.

Xatırladaq ki, daha əvvəl “Bloomberg” gələn həftə Rusiya və ABŞ yüksək səviyyəli nümayəndələrinin Səudiyyə Ərəbistanında görüşəcəyi barədə xəbər paylaşıb. Mənbənin iddiasına görə, nümayəndə heyətləri iki ölkə prezidentinin görüşünü təşkil etmək üçün bir araya gələcəklər.

Aysel Əliyeva
Globalinfo.az