
“Fənərbağça” klubunun sabiq prezidenti Sadəddin Saran narkotik qaçaqmalçılığı ilə bağlı ittiham olunduğu iş üzrə ilk məhkəmə iclasında iştirak edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məhkəmə zamanı Saran şəxsiyyəti və maddi vəziyyəti ilə bağlı sualları cavablandırıb. İş adamı aylıq gəlirinin 6 milyon türk lirəsi olduğunu bildirib. Onun açıqladığı məbləğ məhkəmə prosesinin diqqət çəkən məqamlarından biri olub.
İttihamları qəbul etməyən Saran özünü müdafiə edərək “Bu gün həyatımın ən utancverici günüdür”, – deyə bildirib.
Qeyd edək ki, Sadəddin Saranın saç nümunəsində kokain aşkarlanıb. Bununla yanaşı, qan, sidik və dırnaq nümunələrinin nəticələrinin mənfi olduğu bildirilib.
İstanbul Baş Prokurorluğunun hazırladığı ittiham aktında Saran üçün 10 ildən az olmayan həbs cəzası tələb edilib.
Əliyar Xəlil,