Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Müdafiə Nazirliyinin binasına ballistik raketlə zərbə endiriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səri məlumat verib.
Onun sözlərinə görə, husilər Ər-Riyadda yerləşən Müdafiə Nazirliyinin binasını ballistik raketlə hədəfə alıblar. Səri raketin hədəfi vurduğunu iddia edib.
Hərəkat nümayəndəsi həmçinin bildirib ki, husilər Səudiyyə Ərəbistanının cənubunda iki hərbi-nəqliyyat təyyarəsinə də ballistik raketlərlə zərbə endiriblər.
Onun iddiasına görə, hücumlardan biri Nəcran şəhərinin hava limanında, digəri isə Xamis-Muşayt şəhərindəki aviabazada həyata keçirilib.
Əliyar Xəlil