Azərbaycanın dövlət sərhədini pozmağa cəhd edən üç əcnəbi saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən üç Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş: