koceryan serkisyan 11

“Oktyabrın 27-də törədilən cinayətin nəticələrinin ən azı siyasi baxımdan Robert Köçəryana sərfəli olduğu barədə fikirlər səsləndirilir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan jurnalistlərlə söhbətində bildirib.

“Cinayətin sifarişçilərini üzə çıxarmaq üçün ən əlverişli vaxt hadisədən dərhal sonrakı dövr idi. Xatırladım ki, oktyabrın 27-də və ondan sonrakı 19 il ərzində hakimiyyətdə Robert Köçəryan və Serj Sarkisyan olublar. Bəli, mən də hesab edirəm ki, onların 19 il ərzində bu cinayətin üstünü açmamaları şübhə doğurur”, – deyə o əlavə edib.

Parlament sədri mövzuya davam edərək bildirib ki, bu cinayətin açılmasında onlardan daha çox maraqlı olan heç bir siyasi qüvvə yoxdur.

“Yəni siz onu ittiham edirsiniz?” – deyə jurnalist soruşub.

“Xeyr, mən dediyimi dedim. Kimisə nə ittiham edirəm, nə də əksi. Sadəcə, kifayət qədər inandırıcı səslənən fikirlərin olduğunu deyirəm”, – deyə Rubinyan cavab verib.

Qeyd edək ki, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinə silahlı hücum nəticəsində ölkənin baş naziri Vazgen Sarkisyan, parlamentin sədri Karen Dəmirçyan və daha altı nəfər öldürülüb. Hadisə zamanı bir sıra hökumət rəsmiləri və deputatlar da girov götürülüb. Hücum Ermənistanın siyasi həyatında ciddi böhrana səbəb olub. Cinayətin sifarişçilərinin müəyyən edilməsi məsələsi isə sonrakı illərdə də müzakirə mövzusu olaraq qalıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: