Tramp 1 900x506 1

ABŞ Prezidenti Donald Tramp qolf oynayarkən də gücləndirilmiş hava hücumundan müdafiə sistemi ilə qorunur.

Globalinfo.az xəbər verir ki, ABŞ mediasının yaydığı fotolarda prezidentin olduğu qolf meydançasının yaxınlığında “Avenger” hava hücumundan müdafiə kompleksinin yerləşdirildiyi görünür. Kompleks Trampın dayandığı ərazidən cəmi bir neçə metr aralıda quraşdırılıb və onun ətrafına ondan çox hərbçi cəlb olunub.

“Avenger” döyüş əməliyyatları üçün nəzərdə tutulan sistemdir və “Stinger” raketləri ilə təchiz olunub. ABŞ mediasının məlumatına görə, kompleks mümkün dron hücumlarından müdafiə məqsədilə əraziyə yerləşdirilib.

Trampın təhlükəsizliyi ilə bağlı tədbirlərin gücləndirilməsi onun daha əvvəl bir neçə dəfə sui-qəsd cəhdinin hədəfinə çevrilməsi ilə əlaqələndirilir.

2024-cü ilin iyulunda seçki kampaniyası çərçivəsində keçirilən mitinq zamanı silahlı şəxs Trampa atəş açaraq onun qulağından yaralayıb. Daha sonra isə Florida ştatında Trampın qolf meydançasının yaxınlığında silahlı şəxs saxlanılıb.

ABŞ-ın İrana qarşı keçirdiyi əməliyyat fonunda isə Vaşinqton Tehranın mümkün qisas əməliyyatından da ehtiyat edir.

photo 2026 08 12 18 27 05

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: