Bu gün 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentində törədilmiş terror aktından 27 il ötür.
Globalinfo.az xəbər verir ki, 1999-cu il oktyabrın 27-də Nairi Hunanyanın rəhbərlik etdiyi cinayətkar qrup parlamentə daxil olaraq iclas zalını odlu silahlardan atəşə tutub.
Cinayəti törədən dəstə üzvləri özləri ilə bir neçə nəfəri girov götürüb. Hadisə zamanı həmin dövrdəki baş nazir Vazgen Sərkisyan və spiker Karen Dəmirçyan da daxil olmaqla səkkiz nəfər öldürülüb.
Terrorçuların məhkəməsi 2001-ci ilin fevralında başlayıb və 2003-cü ilin dekabrına qədər davam edib. Hadisədə iştirak edən 7 nəfərin məhkəməsi keçirilib. Onlardan altısı ömürlük, bir nəfər isə 14 il azadlıqdan məhrum edilib.
Teraktın hansı səbəbdən törədildiyi heç vaxt tam açıqlanmayıb. Konspirasiya nəzəriyyələrinə görə, parlament teraktı Qarabağla bağlı aktiv sülh danışıqlarını pozmaq üçün törədilmişdi. Hətta bəzi ekspertlər o dövrdə gedən danışıqları “münaqişənin sülh yolu ilə həllində sonuncu real şans” kimi qiymətləndirirdi.
Hadisənin arxasında həmin vaxt prezident olan Robert Köçəryan və sabiq milli təhlükəsizlik naziri Serj Sərkisyanın olduğuna dair iddialar da var. Lakin buna baxmayaraq 27 oktyabr hücumunun təşkilatçıları hələ də müəyyən edilməyib.
Əliyar Xəlil
Globalinfo.az