Ermənistan tərəfi sülh sazişinin imzalanması məsələsində fərqli tarixlər göstərir.
Globalinfo.az bildirir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarı Tom Berendsenlə bu gün Bakıda mətbuat üçün brifinqdə deyib.
Nazir qeyd edib ki, Azərbaycan tərəfi bu barədə bütün çıxışıları, fikirləri diqqətlə izləyir, qeydlər götürür.
“Burada bir daha qeyd edirəm ki, Azərbaycanın bu məsələdə fikri qətidir, açıqdır. Son bir il ərzində Azərbaycan tərəfindən bir çox birtərəfli addım atılıb, bunu Ermənistan tərəfinin, ümunən hamının görmək imkanı var. Ermənsitan daxilində müəyyən proseslər gedir, Konstitusiyanın dəyişdirilməsi ümumən Ermənistan hakimiyyətinin da marağındadır, bu müəyyən səbəblərə görədir. Yekunda bir daha deyim ki, Azərbaycan tərəfi sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır və sadiqdir”.