zelenski8

Ukrayna Çin və Rusiyanın bir sıra hüquqi və fiziki şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski qərar imzalayıb.

Sanksiyalar Rusiyadan olan 77 hüquqi şəxsə və 83 fiziki şəxsə, o cümlədən “Q.S. Petrov adına Plastik İnstitutu” ASC, “Kometa Xüsusi Məqsədli Kosmik Sistemlər Korporasiyası” ASC və digərlərinə şamil edilib.

Bundan əlavə, Çində qeydiyyatdan keçmiş iki hüquqi şəxsə məhdudiyyətlər tətbiq edilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: