putin erdogan

Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Ukrayna məsələsini müzakirə ediblər.

“Ukrayna ətrafındakı vəziyyət, o cümlədən ABŞ-ın münaqişənin sülh yolu ilə nizamlanmasına dair təklifləri kontekstində fikir mübadiləsi aparılıb.

Putin Ərdoğanla söhbətində Rusiyanın Ukrayna böhranının siyasi və diplomatik yolla həllində maraqlı olduğunu bir daha təsdiqləyib”, – məlumatda qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: