sarigul

“Altınbaş Holding”in İdarə Heyətinin sədri Sofu Altınbaş və “Titanic Hotel”in İdarə Heyəti sədrinin müavini Temel Aygün, Mustafa Sarıgülün ailəsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıblar.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, 14 nəfər barəsində həbs qərarı çıxarılıb və onlardan 12-si artıq saxlanılıb.

Qeyd edək ki, “Sarıgül” istintaqı Türkiyədə “Yeni Partiya”nın Ərzincan millət vəkili Mustafa Sarıgülün ailə üzvləri, yaxın ətrafı və bəzi tanınmış şəxsləri hədəf alan “çirkli pulların yuyulması” və “hədə-qorxu” iddiaları ilə başladılan genişmiqyaslı hüquqi təhqiqatdır.

Paylaş: