meqanin atasi

Filippində şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın atası Tomas Markl barədə araşdırma başladılıb. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 82 yaşlı Tomas Markl uşaqlar üzərində seksual zorakılığa dair görüntülərin saxlanılmasında ittiham olunur.

Araşdırmanın təşəbbüskarı isə Meqan Marklın ögey qardaşı kiçik Tomas Markl olub. Belə ki, iddialara görə, o atasının Filippindəki keçmiş evində uşaqlarla bağlı çoxlu sayda uyğunsuz təsvirlər aşkar edib. O, məsələyə dair sübutları, eləcə də atasının kompüterini polisə təhvil verib.

Hazırda ABŞ-də yaşayan Meqanın atası isə Britaniya mediasına açıqlama verərək bu ittihamları yalan adlandırıb.

Paylaş: