pasik 1

“Ermənistan Baş naziri Nikol Paşinyan növbədənkənar seçkilərin keçiriləcəyini elan etdi və internetdə ayaqqabılarını parıldatmaqla məşğul oldu. Şou davam etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sərkisyan deyib.

“Başı olan, amma içində beyni olmayan insanlar üçün o, xalqın içindən çıxmış, öz ayaqqabılarını özü təmizləyib parıldadan sadə bir insandır. Həmin düşüncəsiz kütlə bilmir ki, Nikol Paşinyanın iqamətgahı olan hökumət bağ evlərinin və orada xidmət göstərən heyətin saxlanılması üçün dövlət büdcəsindən hər il 562 milyon dram (təxminən 1,56 milyon dollar) xərclənir”, – deyə o, sözügedən davranışı tənqid edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün sosial şəbəkə hesabında ayaqqabılarını parıldatması ilə bağlı görüntülər paylaşıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: