Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda baş verən 7 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı 65 nəfərə yüksəlib.
Globalinfo.az xəbər verir ki, zəlzələ ilə bağlı məlumatı Çin mediası yayıb.
Çin Sədri Si Cinpin bölgədə axtarış-xilasetmə tədbirlərinin sürətləndirilməsi, zərərçəkənlərə lazımi yardımın göstərilməsi və humanitar dəstəyin vaxtında çatdırılması ilə bağlı tapşırıqlar verib. O, həmçinin təhlükə altında olan əhalinin təhlükəsiz ərazilərə köçürülməsinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Si Cinpin seysmik vəziyyətin və hava şəraitinin diqqətlə izlənilməsini, mümkün əlavə fəsadların qarşısının alınmasını, eləcə də zədələnmiş infrastrukturun bərpası istiqamətində tədbirlərin görülməsini tapşırıb.
Qeyd edək ki, təbii fəlakət nəticəsində 16 nəfər həyatını itirib.