“Mən 2031-ci ildə deyil, 2031-ci ilə qədər sülh sazişinin imzalanacağını demişəm”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.
“Bizim məqsədimiz sülh sazişini mümkün qədər tez imzalamaqdır. Sazişin imzalanmasını 2031-ci ilə qədər, hətta 2029-cu ilə qədər uzatmaq planlarımızda qətiyyən yoxdur.
Sadəcə, bu, müəyyən vaxt tələb edən prosesdir və biz diqqətimizi bu məsələyə yönəltməliyik”, – deyə o qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az