gst

Bu gün Ağstafanın Böyük Kəsik kəndindən olan Vətən Müharibəsi Qəhrəmanımız Azər Nazim oğlu Yusiflinin ölkəmizin azadılğı, suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmasından altı il ötür.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağstafa Rayon İcra Hakimyyəti məlumat yayıb.

Bildirilib ki, Vətən oğlunun əziz xatirəsinin böyük hörmət və ehtiramla yad olunduğu anım tədbirində Ağstafa Rayon İcra Hakimyyətinin başçısı Seymur Orucov, şəhidin atası Nazim Yusifov və doğmaları, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Dövlət Sərhəd Xidmətinin əsgər və zabit heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vətən Müharibəsi Qəhrəmanının məzarı və adına əbədiləşdirilən Böyük Kəsik kənd tam orta məktəb binasının önündə büstü ziyarət olunub, ölkəmizin azadlığı uğrunda canından keçən Vətən övladlarının ruhuna dualar oxunub.

Məktəbin akt zalında təşkil olunan tədbirdə Azər Yusiflinin keçdiyi şərəfli ömür və döyüş yolundan, ordumuzun şanlı tariximizə yazdığı qəhrəmanlıq salnaməsindən, eləcə də ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından geniş bəhs olunub.

Şəhidimizin doğma evində ehsan süfrəsi təşkil edilib.

Azer Yusifli anim tedbiri 2
Azer Yusifli anim tedbiri 3
Azer Yusifli anim tedbiri 4
Azer Yusifli anim tedbiri 5
Azer Yusifli anim tedbiri 6
Azer Yusifli anim tedbiri 7
Azer Yusifli anim tedbiri 8
Azer Yusifli anim tedbiri 9

Paylaş: