kayl kennedi

ABŞ-ın keçmiş baş prokuroru Robert Kennedinin nəvəsi, sabiq prezident Con Kennedinin nəticəsi Kayl Kennedi 42 yaşında vəfat edib.

Globalinfo.az xəbər verir ki, onun ölümünün səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, 1984-cü il iyulun 6-da Vaşinqtonda anadan olan Kayl Kennedi ABŞ-ın tanınmış Kennedi ailəsinin üzvü idi.

Xatırladaq ki, Con Kennedinin ailəsi ötən il daha bir ağır itki ilə üzləşib. Prezidentin digər nəvəsi Tatyana Kennedi 35 yaşında vəfat edib.

Qeyd edək ki, Con Kennedi ABŞ-ın 35-ci prezidenti olub. Tam adı Con Fitscerald Kennedi (John Fitzgerald Kennedy) idi. 1961–1963-cü illərdə prezident vəzifəsini tutub, 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində sui-qəsd nəticəsində öldürülüb.

Paylaş: