esas435

Globalinfo.az Zaur Əhmədov Şəki Abad Keramika mərkəzinin Keyfiyyətə Nəzarət üzrə mütəxəssisi ilə müsahibəsini təqdim edir:

– Neçə ildir fəaliyyət göstərirsiniz?

– Səkkizinci ilimizdir. Gördüyünüz bütün məhsullar hamısı burada hazrlanıb, əl işlərimizdir. Şəki sənətkarlarıdır, 6-7 nəfər rəssamımız var.

– Satış da burada olur?

– Satış burada da həyata keçirilir. Məhsullarımız Bakıya göndərilir və paytaxtda ABAD-ın digər mağazalarında da satışa çıxarılır. Həmin mağazalarda da satışlarımız olur.

-Ümumiyyətlə, qiymətlər necədir ?

– Qiymətlər baha deyil, amma hazırlanmasına çox böyük əmək və zəhmət sərf olunur.

– Qiymətini nəzərə alsaq, düşünürəm ki, bu məhsulları əsasən xarici turistlər ala bilər.

– Xeyr, yerli turistlərimiz də var, xarici turistlərimiz də.

– Daha çox hansılardır?

– Əlbəttə ki, xarici turistlərimiz üstünlük təşkil edir, amma yerli də az deyil.

bb

Zaur Əhmədov

– Bu sənəti haradan öyrənmisiniz?

– Mən Rəssamlıq Akademiyasını bitirmişəm, keramika üzrə təhsil almışam. Bir müddət sonra Şəkiyə gəldim və burada başqa sahələrdə fəaliyyət göstərdim. Daha sonra bura açıldı, sağ olsunlar, biz də yavaş-yavaş fəaliyyətə başladıq. Hazırda sərbəst fəaliyyət göstəririk, bütün işləri özümüz görür, təşkil edir və həyata keçiririk.

 – Ümumiyyətcə, tələbat necədir?

– Tələbat yaxşıdır və gündən-günə artır. İnsanlarımız keramikaya, ümumiyyətlə, sənətə və əl işlərinə daha çox önəm verməyə başlayıblar. Əsas müştərilərimiz turistlərdir. Turistlərin sayı nə qədər çox olsa, yerli turizm nə qədər inkişaf etsə, bizim üçün də bir o qədər yaxşı olar.

el el2

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: