6ttty

Türkiyənin Ərzurum şəhərində sərt qış başlamamış yüzlərlə qəbir qazılır.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, temperaturun mənfi 35-40 dərəcəyədək düşdüyü bölgədə torpağın donması dəfn işlərini çətinləşdirdiyindən qəbiristanlıqlarda hazırlıqlara indidən başlanılıb.

Məlumata görə, Asri və Əbdürrəhman Qazi qəbiristanlıqlarında artıq təxminən 200 qəbir qazılıb. Ümumilikdə isə 500 qəbirin hazırlanması planlaşdırılır.

Türkiyədə sərt qışa hazırlıq: Yüzlərlə qəbir əvvəlcədən qazılır - Foto

Güclü şaxta və qar səbəbindən qışda qəbir qazmaq xeyli çətinləşdiyi üçün bu tədbir hər il əvvəlcədən görülür. Beləliklə, bölgədə ən sərt hava şəraitində belə dəfn mərasimlərinin gecikməməsi üçün hazırlıq aparılır.

Türkiyədə sərt qışa hazırlıq: Yüzlərlə qəbir əvvəlcədən qazılır - Foto

Paylaş: