pasinyan ela 11

Ermənistan Müdafiə Nazirliyi hərbçilərin siyasi bəyanat verməsinə izin verən qanuna düzəliş etmək niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, nazirliyin hazırladığı düzəliş artıq parlamentə təqdim edilib və gələn həftə qəbul ediləcək.

Qəzet bunun sifarişinin birbaşa Paşinyandan gəldiyini bildirib. Belə ki, hökumətdə ordu ilə bağlı narahatlıqların artdığı, həmçinin orduda da hökumətə qarşı narazılığın gücləndiyi vurğulanıb. Xüsusilə bu narazılığın İrəvanla Bakı arasında Laçın istiqamətində yeni razılaşması fonunda gücləndiyi deyilib:

“Paşinyan bilir ki, ordu ona qarşı inqilab dalğasını qaldıracaq. Ona görə də proseslərin qarşısını qabaqcadan almağa qərar verib”.

Qeyd edək ki, Ermənistan konstitusiyasına görə ordu neytrallığını qorumalıdır. Sonuncu dəfə ordu Paşinyan administrasiyasına qarşı 2021-ci ildə generalların başçılığı ilə qiyama cəhd edib.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: