tahir mirkisili 11

“Ölkəmizdə milli ideologiyanın araşdırılması və təbliği məqsədilə Milli Azərbaycançılıq İnstitutu yaradılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin bugünkü iclasında deyib.

O, milli ideologiyanın əsasını təşkil edən prinsiplərdən danışaraq Ulu öndər Heydər Əliyevin 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının altıncı ildönümünə həsr olunmuş tədbirdəki çıxışını xatırladıb.

“Milli ideologiya dövlətçilik prinsiplərinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri dəyərlərə söykənir. Dövlətçilik anlayışı Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasını, eləcə də vətəndaşlarda Vətənə, xalqa və ana dilinə bağlılığın gücləndirilməsini əhatə edir.

Azərbaycan xalqının adət-ənənələrini, dilini, mütəfəkkir və görkəmli şəxsiyyətlərin yaratdığı irsi bu dəyərlərin əsas hissəsidir. Din və ana dilinin şəxsi maraqlar naminə istifadəsinin qarşısı alınmalıdır”, – deyə T.Mirkişili qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: