“Azərbaycanla sülh sazişinin imzalanmasına və ratifikasiyasına diqqət yetirməliyik”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Yalnız bu baş verdikdə, Ermənistan dövlətçiliyinin əbədiliyinin təməl daşını qoyduğumuzu bəyan edə bilərik”, – deyə o bildirib.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla sülh sazişi paraflanıb.
Günay Rəsulqızı
Globalinfo.az