putinnnn

İstiqlalçı millət vəkili, iqtisadçı Vahid Əhmədov Globalinfo.az-ın qonağı olub.

O, jurnalistin “Vladimir Putin öz çıxışlarında Rusiyanın fövqəldövlət olmadığını bildirib. Səbəb nə ola bilər?” sualını cavablandırarkən deyib ki, keçmiş SSRİ güclü iqtisadi və hərbi bazaya malik idi, ətrafında çoxsaylı dövlətlər birləşmişdi:

“Rusiyanın üzərinə isə fövqəldövlət statusunun tələb etdiyi məsuliyyəti götürmək baxımından fərqli yanaşmaq lazımdır. Çünki fövqəldövlət olmaq yalnız hərbi gücə malik olmaq deyil, həm də dünya sisteminin formalaşmasında böyük məsuliyyət daşımaq deməkdir. Hesab edirəm ki, Prezident İlham Əliyev bu məsələyə tamamilə düzgün qiymət verdi”.

V.Əhmədov qeyd edib ki, diqqət yetirsək, Azərbaycanın həm Çinlə, həm də ABŞ-la iqtisadi və siyasi əlaqələri yüksək səviyyədədir:

“Heç kim gözləməzdi ki, ABŞ-da Qarabağla bağlı bəyanat və saziş imzalansın. Rusiya daha çox bu istiqamətdə təşəbbüs göstərməyə çalışırdı, lakin gözlənilən nəticə əldə olunmadı.

WhatsApp Image 2026 10 09 at 15.38.55 2

Vahid Əhmədov

Çinlə iqtisadi əlaqələrimiz də ciddi şəkildə inkişaf edir. Müxtəlif müqavilələr imzalanıb və Çin istehsalı olan texnika Azərbaycanda geniş istifadə olunur. Deməli, Azərbaycan Prezidenti hər iki fövqəldövlətlə münasibətlərin inkişaf etdirilməsi istiqamətində uğurlu xarici siyasət həyata keçirir. Buna görə də bu məsələdə inciməyə əsas yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: