mehri

“Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Mehri rayonunun Kuris kəndində gecə saatlarında mülki geyimli üç nəfər görünüb. Şahidlər həmin şəxslərin azərbaycanlı ola biləcəyini iddia ediblər”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “24News” nəşri məlumat yayıb.

Bildirilib ki, kənd sakinləri ilə söhbətdən sonra həmin şəxslər ərazidən uzaqlaşıblar:

“Bundan sonra kənddə və ətraf ərazilərdə onların axtarışına başlanılıb. Axtarışlara Ermənistanın müvafiq qurumları ilə yanaşı, ərazidəki Rusiya sərhəd keçid məntəqəsinin hərbçiləri də pilotsuz uçuş aparatları ilə qoşulublar”.

Ermənistan Milli Təhlükəsizlik Xidməti isə azərbaycanlıların Mehriyə daxil olması ilə bağlı yayılan məlumatları təkzib edib.

Xidmətin mətbuat mərkəzindən “Today” qəzetinə bildirilib ki, bu məlumatlar dezinformasiyadır və həqiqəti əks etdirmir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: