1680635957 fotojet 2023 04 03t235749.359

Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları məmurların və dövlət şirkətlərinin rəhbərlərinin pasportlarını əllərindən alırlar.

Globalinfo.az xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri bildiriblər.

Onlar qeyd ediblər ki, Rusiya xüsusi xidmət orqanları yüksək vəzifəli məmurların, o cümlədən keçmiş məmurların, eləcə də dövlət şirkətlərinin rəhbərlərinin xaricə səfərlərinin qarşısını almaq istəyirlər.

Ekspertlərin fikrincə, Kreml Rusiya elitası nümayəndələrinin ölkədən qaçacağından ehtiyat edir. Belə ki, martın 10-da təhlükəsizlik qüvvələri dövlət məmurlarına və dövlət şirkətlərinin əməkdaşlarına pasportlarını təhvil verməyi əmr edib. Onlar etiraz edəcəkləri təqdirdə isə  sənədlərinin zorla alınacağı və işdən çıxarılacaqları ilə hədələniblər.

Paylaş: