
“Sosial şəbəkələrdə Azərbaycana qarşı Türkiyədən təşkilatlanmış hücumlar həyata keçirilir”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ deyib.
Özdağ bu cür paylaşımlara münasibət bildirərkən Azərbaycan və Türkiyə arasındakı münasibətlərə diqqət çəkib. O, “bir millət, iki dövlət” anlayışı üzərindən formalaşan qardaşlıq münasibətlərinə qarşı yönələn kampaniyaları pisləyib.
Türkiyəli siyasətçi Azərbaycana qarşı bu cür fəaliyyətlərin xoş niyyətli olmadığını və qardaşlıq münasibətlərinə zərər vurmağa yönəldiyini bildirib:
“Türkiyədən sosial media trolları vasitəsilə qardaş ölkə Azərbaycana qarşı təşkilatlanmış hücum həyata keçirilir! Qardaşlığımıza qarşı yönəlmiş hər cür hücum bədniyyətli və alçaqcasınadır! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”
Safura Bənnayeva
Globalinfo.az